QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

DİN hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlara müraciət etdi

Abunə olmaq
DİN: "Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq".

BAKI, 19 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan DİN-ə istinadla xəbər verir ki, müraciətdə deyilir:

"Respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməlidir. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq".

Nazirlik həmçinini bəyan edib ki, qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq:

"Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək".

Xəbər lenti
0