BAKI, 18 oktyabr - Sputnik. Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyətlə əlaqədar turistlərin xaricə çıxışını qadağan etmək lazımdır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu fikirdədir.
Onun sözlərinə görə, məhz xaricdə istirahət edən rusiyalılar ölkədə yeni oyluxma dalğasına səbəb olublar. Siyasətçinin fikrincə, turizm səfərlərinə icazə veriməsi barədə qərar erkən verilib.
"Sərhədlərin açılması qərarına görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır", - Jirinovski vurğulayıb. O əlavə edib ki, gələcəkdə yalnız epidemiyanın olmadığı ölkələrə səfərlərə icazə vermək olar.
Rusiyada indiyə qədər 1,4 milyonadək koronavirusa yoluxma halı qeydə alınıb, 24 min nəfər isə bu xəstəlikdən vəfat edib.