BAKI, 17 oktyabr — Sputnik. "Ermənistanın Gəncəyə etdiyi SCUD raket hücumu nəticəsində dağıntılar arasında yeniyetmə Nigar Əsgərovaya aid şəxsiyyət vəsiqəsi tapılıb". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Sabah - 18 oktyabr - onun ad günüdür", - Hikmət Hacıyev yazıb.
As a result of Armenia's SCUD missile attack to Ganja, among the debris of destruction young teenager Nigar Asgarova's ID card was found. Tomorrow- on the 18th of October is her Birthday. #GanjaCity pic.twitter.com/36bKE9GLOE
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 17, 2020
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ötən gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıblar. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.