QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"O ad sizin başınıza dəysin, o ad cəhənnəmə getsin" - Prezidentdən sərt müraciət

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев во время обращении к нации
Президент Ильхам Алиев во время обращении к нации - Sputnik Azərbaycan
Abunə olmaq
"Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağına yıxılıb imdad diləyirdin... İndi deyirsən, dayanaq. Çıx get, rədd ol, dayanaq"

BAKI, 17 oktyabr — Sputnik. "Biz onları özümüz cəzalandıracağıq. Bizim cəzamız ədalətli cəza olacaq. Ermənistanın hərbi-siyasi rəhbəri cinayətkardır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev səsləndirib: ""Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri, niyə indi demirsən, Qarabağ Ermənistandır? Gəl Füzuliyə, gəl Cəbrayıla, gəl Hadruta, dünya liderlərinin zəhləsini tökürsən. Niyə demirsən, Qarabağ Ermənistandır? Bəs onda kimə güvənirdin, kimə arxalanırdın? Bilmirdin ki, gün gələcək cavab verəcəksən? Bu gün o gün gəlib. Livandan erməniləri Qarabağa gətirib yerləşdirmək cinayətdir. İndi baxım görüm kim gəlib məskunlaşacaq o torpaqlarda? Errmənistanda əhali az olduğu üçün onları aldadaraq gətirib bizim torpaqlarda məskunlaşdırmaq nə məqsəd daşıyırdı? Məqsəd bir idi.

Ermənistandan Cəbrayıla yol çəkirdin. Füzuliyə eybəcər ad qoymuşdun. O ad sizin başınıza dəysin, o ad cəhənnəmə getsin. Madagiz artıq yoxdur, Suqovuşandır! Şuşaya dırnaqarası qurumun parlamentini köçürürdün. Get köçürt görüm, necə köçürdürsən. Biz oranı darmadağın etmişik. Bizə şərt qoyurdun. İndi görüm hansı şərti qoyursan? Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağına yıxılıb imdad diləyirdin... İndi deyirsən, dayanaq. Çıx get, rədd ol, dayanaq".

Prezident qəti siyasi iradə ortaya qoyaraq istənilən yolla bizim işğal altındakı bütün torpaqları azad edəcəyimizi bir daha bəyan edib: "Biz o torpaqların hamısını geri alacağıq. Son günlərin tarixi bunu göstərir. Azərbaycan xalqını təhdid etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər keçirilir. Analar qoymurlar uşaqları başqa ölkənin torpaqlarında ölsün. Mən də o analara müraciət edirəm. Qoymayın uşaqlarınızı, gedin öz ölkənizdə yaşayın. Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz öz torpağımızda döyüşür, şəhidlər veririk. Biz haqq yolunda döyüşürük. Döyüş meydanında göstərdiyimiz güc, onun mənbəyi Azərbaycan xalqının istəyi, Azərbaycan xalqıdır. Bizim nəslimiz xoşbəxtdir ki, o sevincli günləri görə bilir. Mən özümü sevincli insan hesab edirəm ki, o şad xəbərləri sizə çatdırıram. Mən çox xoşbəxtəm ki, bu hərbi əməliyyatlara rəhbərlik edirəm. Ölkəmizin, xalqımızın, milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəm. Heç bir təhdid, bizi bu yoldan döndərə bilməz. Biz öz torpaqmızda döyüşürük. Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı. Qarabağ Azərbaycandır!"

Xəbər lenti
0