QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İki qurumun rəhbərləri raketin düşdüyü əraziyə baş çəkdilər: hər şey yenidən qurulmalıdır

© REUTERS / UMIT BEKTASСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Haqqında danışılan ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur

BAKI, 17 oktyabr - Sputnik. Bu gün "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər. Hər iki qurumun rəhbərləri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıblar. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

Xəbər lenti
0