QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Ermənistan məsuliyyətdən qaça bilməyəcək"

© Sputnik / Murad OrujovPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz diplomatik korpus və hərbi attaşelərlə birgə Gəncəyə gedirik. Qoy dünya birliyi Ermənistanın mülki şəxslərə qarşı barbar hərəkətlərini görsün"

BAKI, 17 oktyabr — Sputnik. Biz diplomatik korpus və hərbi attaşelərlə birgə Gəncəyə gedirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində bildirib.

"Biz diplomatik korpus və hərbi attaşelərlə birgə Gəncəyə gedirik. Qoy dünya birliyi Ermənistanın mülki şəxslərə qarşı barbar hərəkətlərini görsün. Ermənistan məsuliyyətdən qaça bilməyəcək", - deyə Hikmət Hacıyev bildirib.

​Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Xəbər lenti
0