https://sputnik.az/20201017/agdam-sakinleri-her-yana-getmyeceklerini-deyirler-425227136.html
Onlara top mərmiləri "layla" çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər
Onlara top mərmiləri "layla" çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər
Sputnik Azərbaycan
Hazırda Ağdam istiqamətində vəziyyət gərgin olaraq qalır. Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb. Ətraflı... 17.10.2020, Sputnik Azərbaycan
2020-10-17T15:05+0400
2020-10-17T15:05+0400
2021-11-16T23:25+0400
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/11/425227772_0:-1:1274:720_1920x0_80_0_0_bec31d5cc5b04da96905bf28fe1526cb.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Onlara top mərmiləri “layla” çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər
Sputnik Azərbaycan
Onlara top mərmiləri “layla” çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər
2020-10-17T15:05+0400
true
PT0M59SPT0M59SPT0M59S
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/11/425227772_0:-1:1146:720_1920x0_80_0_0_7c0cd22e61e9bcaa4f0402bad8c7add8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan
xəbərlər, multimedia, azərbaycan və ermənistan arasında müharibə, azərbaycan
Onlara top mərmiləri "layla" çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər
15:05 17.10.2020 (Yenilənib: 23:25 16.11.2021) Hazırda Ağdam istiqamətində vəziyyət gərgin olaraq qalır. Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb. Ətraflı videomuzda izləyin.
Gecə saatlarından etibarən Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozub.
Saat 1-2 radələrindən başlayaraq cəbhəyanı yaşayış məntəqələri ağır artilleriyadan və toplardan atəşə tutulub. Agdam rayonunun Qaradağlı kəndində də bir neçə evə və təsərrüfata ziyan dəyib.
Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb.
Tərtər qəbiristanlığında terror: Hadisə qurbanları nə baş verdiyini danışırlar – video >>
Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri heç nədən qorxmadıqlarını və orduya güvənərək kənddə qaldıqlarını bildiriblər.
Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.