BAKI, 17 oktyabr — Sputnik. Ötən gecə terrorçu Ermənistanın Gəncəni yenidən raket atəşinə tutması nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sərdar Ortac bu hadisələrə görə kədər hissi keçirdiyini bildirib. Müğənni "Instagram" səhifəsində Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Elnarə Abdullayevanın ifalarını paylaşaraq, Azərbaycana dəstəyini nümayiş etdirib.
Bundan başqa, türkiyəli məşhur müğənni Murat Boz da ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı "Instagram" hesabında paylaşım edib.
İfaçı dəstəyini belə ifadə edib: "Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain terror zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm. Dualarımız sizlərlə, başımız sağ olsun".