QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğlu: "Bu vəhşiliyə səssiz qalmaq ermənilərin cinayətlərinə ortaq olmaq deməkdir"

© © Turkish Foreign Ministry via AP, PoolМинистр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива
Министр иностранных дел Турции Мевлют Чавушоглу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Xarici İşlər naziri Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasına münasibət bildirib

BAKI, 17 oktyabr — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasına münasibət bildirib. "Ermənistan müharibə cinayəti törətməyə, mülki insanları qətlə yetirməyə davam edir", – deyə o qeyd edib.

Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbər görə, M.Çavuşoğlu baş verənlərə qarşı etirazını bildirməyən dünya ictimaiyyətini qınayıb: "Bu vəhşilik qarşısında səssiz qalmaq ermənilərin cinayətlərinə ortaq olmaq deməkdir. İnsanlıqdan məhrum olanlar törətdikləri cinayətin hesabını verəcəklər".

Qeyd edək ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri yuxuda olan Gəncə şəhərinin dinc sakinlərinə raket zərbələri endirib. Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Həlak olanların 3-ü uşaqdır. Şəhərdəki mülki obyektlərə, infrastruktura və nəqliyyat sisteminə ciddi ziyan dəyib.

Xəbər lenti
0