QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Heç kəs heç vaxt Gəncənin sakinlərinin məğrur ruhunu sındıra bilməz! - Mehriban Əliyeva

© Sputnik / Rahim MammadovСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
"Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!"

BAKI, 17 oktyabr - Sputnik. “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva “İnstagram” səhifəsində yazıb.

M.Əliyeva qeyd edib ki, lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq: “Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”.

Xəbər lenti
0