BAKI, 16 oktyabr — Sputnik. Orduya gedən tələbələr qayıtdıqdan sonra təhsillərini davam etdirəcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, könüllü hərbi xidmətə yollanan tələbələr qayıtdıqdan sonra təhsillərini davam etdirə biləcəklər: "Bunula bağlı heç bir məhdudiyyət yoxdur. Əsas arzumuz həmin tələbələrin sağ-salamat geri qayıtmasıdır".