QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın dinc sakinlərə hücumu davam edir: Tərtərdə üç nəfər həlak oldu

© Sputnik / Ibrahim HashimovHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan humanitar atəşkəs arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu saxlayır", – Hacıyev əlavə edib.

BAKI, 15 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərindəki qəbiristanlığa hücumu nəticəsində Azərbaycanın üç mülki vətəndaşı həlak olub, üç nəfər ağır yaralanıb.

© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində  - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində  - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Hadisə yerində  - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

"Ermənistan humanitar atəşkəs arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır", – Hacıyev əlavə edib.

Now: In Tartar city as a result of Armenia's deliberate attack to graveyard 3 civilians killed and 3 seriously wounded. 

Ermənistanın Gəncəyə raket zərbəsi

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02:00 radələrində cəbhə zonasından 100 kilometr kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda beşi qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Ermənistan silahlı qüvvələrinin 27 sentyabr təxribatı

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Humanitar atəşkəs

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0