QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncə faciəsi: Bir gecə içində hər iki valideynindən məhrum olan Sevil və Hüseyn – VİDEO

Abunə olmaq
16 yaşlı Sevil və 8 yaşlı qardaşı Hüseyn bir gecə içində hər iki valideynini itirib. Oktyabrın 11-də gecə Gəncəyə düşən raket mərmisi onların ən dəhşətli kabusunu reallığa çevirib.

Ermənistan silahlı qüvvələrinin Gəncəyə qarşı törətdiyi terror aktı zamanı 16 yaşlı Sevil və onun 8 yaşlı qardaşı Hüseyn bir gecə içində böyüməli olublar. Onların hər iki valideyni dağıntı altında qalaraq, həyatlarını itirib. Sevil üçün bu, uşaqlığının son gecəsi olub.

Xarici diplomatlar Gəncədə törədilən hərbi cinayətin fəsadlarını öz gözləri ilə görüblər – video  - Sputnik Azərbaycan
VİDEO
Xarici diplomatlar Gəncədə törədilən cinayətin fəsadlarını öz gözləri ilə görüblər – VİDEO
“Öncə elə bildim ki, şimşək çaxdı və əlimdəki telefon partladı. Daha sonra divarların, aynanın üstümə yıxıldığını gördüm. Məni sinif yoldaşımın evinə apardılar, orada huşumu itirdim. Öncə valideynlərimdən xəbərsiz idim. Yalnız daha sonra hər ikisinin dağıntı altında qaldığını öyrəndim”, - deyə o Sputnik Azərbaycan-ın bölgə müxbirinə həyatının ən dəhşətli gecəsini danışıb.

Hal-hazırda Sevil və Hüseyn Şəmkirdə yaxınlarının himayəsinə sığınıblar. Onların valideynləri Nurçin və Anar Əliyevlərə isə uşaqlarının böyümələrini görmək nəsib olmayıb.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Xəbər lenti
0