QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni təxribatı nəticəsində ziyan dəyən obyektlərin sayı açıqlandı

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumatlar daxil olub

BAKI, 13 oktyabr — Sputnik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Agentliyin və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları Gəncə şəhərində və Bərdə rayonunda Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlarla görüşüb, onların təsərrüfatına və sahibkarlıq obyektlərinə dəymiş ziyanla yerində tanış olublar.

Sputnik Azərbaycan-a KOBİA-dan verilən məlumatda bildirilir ki, 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə KOBİA-ya məlumat daxil olub: "Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır. Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib. Sahibkarlıq subyektlərinə dəymiş ziyanla bağlı yekun məlumat və görüləcək tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

"KOBİA bir daha Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarlıq subyektlərindən bu barədə məlumat vermələrini xahiş edir. Bunun üçün sahibkarlıq subyektləri KOBİA-nın (012) 404 04 01 (daxili 187) və (055) 200 02 96 telefon nömrələri, info@smb.gov.az elektron poçt ünvanı və ya Agentliyin www.smb.gov.az saytının "Əlaqə" bölməsi vasitəsilə müraciət edə bilərlər", - deyə KOBİA-nın məlumatında qeyd olunur.

Xəbər lenti
0