QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəsi Ermənistan pozur, Avropa İttifaqı hər iki tərəfə səslənir

© Sputnik / Ibrahim HashimovРазрушенный в результате обстрела жилой дом в Тертерском районе Азербайджана
Разрушенный в результате обстрела жилой дом в Тертерском районе Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Atəşkəs başlayar-başlamaz Ermənistan tərəfi Azərbaycanın rayon, şəhər və kəndlərini, hətta cəbhə xəttindən uzaqda olan yaşayış məntəqələrini belə atəşə tutmağa başlayıb

BAKI, 11 oktyabr - Sputnik. Avropa İttifaqının başçısı Şarl Mişel Dağlıq Qarabağda münaqişə tərəflərini əldə edilmiş humanitar atəşkəs barədə razılaşmaya riayət etməyə çağırıb.

“Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs – deeskalasiya yolunda vacib addımdır. Mən tərəfləri daha böyük zorakılığın qarşısının alınması üçün atəşkəsə riayət etməyə, mülki şəxsləri təhlükəyə atmamağa səsləyirəm”, - deyə Mişel Twitter-də yazıb.

Onun sözlərinə görə, dərhal və hər hansı ilkin şərt olmadan danışıqları bərpa etmək lazımdır.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Показательный пуск ракеты из тактического комплекса Точка-У, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Gəncəyə raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib - İlham Əliyev

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Atəşkəs başlayar-başlamaz Ermənistan tərəfi Azərbaycanın rayon, şəhər və kəndlərini, hətta cəbhə xəttindən uzaqda olan yaşayış məntəqələrini belə atəşə tutmağa başlayıb. Gecə 2 radələrində Gəncə şəhərinə Ermənistan ərazisindən atılan raket yaşayış binalarını dağıdıb, 9 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Ötən gecə və bu gün ərzində Azərbaycan Müdafiə Nazirliyi müxtəlif yaşayış mıntəqələrimizin Ermənistan SQ tərəfindən atəşə tutulduğu barədə məlumatlar yayıb. Bir qədər əvvəl aldığımız məlumata görə, hazırda Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur.

Xəbər lenti
0