QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ordumuz bu qədər irəliləyəndən və yüksəklikləri alandan sonra dayanmayacaq" - deputat

© Sputnik / Murad Orujov"Trend" İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev
Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
Abunə olmaq
Arzu Nağıyev: "Bu meyitləri almaq üçün ermənilərə bir şans verilir. Bu şans illərlə, aylarla çəkə bilməz. Bir günə, üç günə, beş günə artıq bu məlum olacaq".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. "Azərbaycan xalqı elə düşünməsin ki, bununla da Qarabağ savaşı bitdi. Xeyr, cənab Prezidentin də qeyd etdiyi kimi bu, müəyyən bir şansdır, bir bəyanatdır, konkret imzalanmış sənəd deyil. Əsas məqsəd ondan ibarətdir ki, humanitar addımlar atılsın".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Arzu Nağıyev humanitar atəşkəs mexanizmindən danışarkən deyib.

Красный крест, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Atəşkəs başladı

Deputat bildirib ki, çoxsaylı erməni hərbçilərin meyitləri ortada qalıb:

"Bu meyitləri almaq üçün ermənilərə bir şans verilir. Bu şans illərlə, aylarla çəkə bilməz. Bir günə, üç günə, beş günə artıq bu məlum olacaq. Bu, sadəcə bir ərizədir. Burada heç bir sülh imzalanmasından söhbət getmir. Azərbaycan Ordusu öz işini görəcək və qələbəmiz çox uzaqda deyil".

Arzu Nağıyev bununla belə qeyd edib ki, erməni xislətinə çox da inanmaq olmaz: "Ona görə də Beynəlxalq Qırmızı Xaç Komitəsi hər bir meyiti təhvil verəndə, hər bir addımı atanda onun video və fotoşəkillərini çəkməli, bu tərəfə qaytarmalıdır. Ermənilər həmin o meyitlərin burnunu, qulağını, qollarını kəsə bilər və bütün dünyaya car çəkə bilərlər ki, Azərbaycan Ordusu belə bir hərəkət edib".

Millət vəkili diqqətə çatdırıb ki, bu gün cənab Prezidentin dediyi hər bir söz Azərbaycan vətəndaşı ilə vəhdət təşkil edir. Ali Baş Komandan da, Ordu da, Azərbaycan vətəndaşı da ancaq bir istiqamətdə öz fikrini yürüdür:

"Bu, qələbə deməkdir, azadlıq müharibəsi deməkdir. Ali Baş Komandanın çıxışından da aydın olur ki, 13 gündə 25-30 kilometr irəliləmiş və çətin relyef şəraitində ən mühüm yüksəklikləri götürmüş Ordu dayanarmı? Təbii ki, dayanmaz. Bu gün Azərbaycan xalqının istədiyi də budur".

Xatırladaq ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Обстрел из пулемета, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Əvvəl atəşkəs üçün yalvarır, sonra onu pozurlar

Bəyanatda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq, onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər, eləcə də ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Xəbər lenti
0