QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub"

BAKI, 11 oktyabr — Sputnik. “Möhtərəm cənab prezidentin tapşırığı əsasında bu barbarlığı, bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə yerli və xarici jurnalistlərə açıqlamasında deyib.

H. Hacıyev bildirib ki, Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar əsaslarla atəşkəsə çağırışlar edirdi: “Amma bunun ardınca dərhal Ermənistan Silahlı Qüvvələri çox təhlükəli silahdan – “Toçka-U” sistemindən istifadə edərək Gəncədə insanların sıx toplaşaraq yaşadığı yerləri atəşə tutub. Mülki insanlar arasında ölüm halı var. İndiyə olan məlumata görə, 9-a qədər ölüm halı var və 30-dan artıq insan yaralanıb.

Неразорвашаяся ракета во дворе жилого дома в городе Гянджа - Sputnik Azərbaycan
SİYASƏT
Ermənistan Azərbaycan xalqına qarşı soyqırım törədir - Hikmət Hacıyev

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Xəbər lenti
0