BAKI, 11 oktyabr — Sputnik. Heç kimin tanımadığı, qondarma Dağlıq Qarabağ rejiminin dünya ictimaiyyətindən tanınmağını tələb etmək niyyəti münaqişənin həllinin axtarışlarına son qoyacaq.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.
Dağlıq Qarabağ separatçılarının başçısı Araik Arutyunyan bəyan edib ki, “Bakının məsələni sülh yolu ilə həll etməyə hazır olmadığını görsələr”, yaxın günlərdə Ermənistan hökumətinə və dünya ictimaiyyətinə Qarabağın tanınması üçün müraciət edəcəklər.
“Ermənistan rəhbərliyi bilməlidir ki, bu addım... münaqişənin həllinin tapılmasında onların özlərinin hətta nəzəri cəhətdən iştirakına soy qoyacaqları deməkdir”, - Əmirbəyov mətbuat konfransında bildirib.
“Bu, qırmızı xətdir, onu, əlbəttə ki, keçə bilməyəcəklər”, - o qeyd edib.
“Bu cür bəyanatları Ermənistan SQ-nin hərbi fiaskosuyla gündən-günə əriyən imic və avtoritetlərinin qorunması üçün daxili publikaya yönəlmiş çıxışlar kimi qiymətləndiririk”, - Əmirbəyov bəyan edib.
Belə bir addımın gerçəkləşdirilməsini E.Əmirbəyov “sülh yoluyla həllə aparan bütün körpülərin yandırılması” kimi dəyərləndirib.