Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanlı alimlər "Qarabağ Azərbyacandır" kitabını çapa hazırlayırlar. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məlumat verib.
İnstitut direktoru deyib ki, akademik İsa Həbibbəylini rəhbərliyi ilə Qarabağın Azərbaycan olması ilə bağlı kitab hazırlanır: "Bu kitabların biri Yerevan şəhərinin Azərbaycan şəhəri olması, digəri isə Qarabağın Azərbaycanın olması ilə bağlıdır. Coğrafiya İnstitutu da daxil olmaqla Akademiyanın müxtəlif institutları bu kitabın üzərində işləyirlər. Orada əhalinin miqrasiyası, hansı vaxtlarda Azərbaycan ərazisinə ermənilərin miqrasiyası və məskunlaşmasının müxtəlif illər üçün xəritəsi veriləcək. Orada görünəcək ki, ermənilər azərbaycanlılara nisbətən o torpaqlarda tarixlə 5 faiz təşkil ediblər".