BAKI, 10 oktyabr — Sputnik. "Təkrar Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm!" Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Sərdac Ortac deyib.
"MTV Azərbaycan"da yayımlanan "10-da görüşək" verilişində virtual qonaq olan türkiyəli müğənni Sərdar Ortac Qarabağ döyüşləri haqda aparıcı Samir Bayramlının suallarını cavablandırıb: "Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Bütün türklər hamımız beləyik. Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Heç nə demədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacarmırsan, təbii ki, müharibə olacaq. Çünki ora bizim torpaqdır. İnşallah, müharibə bitər".
Qeyd edək ki, məşhur müğənni "Instagram" sosial şəbəkəsində dəfələrlə Azərbaycana dəstəyini bildirib.