QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rəsmi Tehran Azərbaycan və Ermənistanı dialoqa çağırdı

© Sputnik / Murad OrujovГлава МИД Ирана Мохаммад Джавад Зариф
Глава МИД Ирана Мохаммад Джавад Зариф - Sputnik Azərbaycan
Abunə olmaq
"Qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquq və torpaq bütünlüyünə hörmət əsasında dialoqa çağırırıq", - İranın Xarici İşlər naziri Cavad Zərif.

BAKI, 10 oktyabr — Sputnik. İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında Dağlıq Qarabağla bağlı mesaj verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rusiyaya atəşkəs yarada bildiyi üçün təşəkkür edən Zərif qeyd edib ki, İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə doğru bir addım kimi məmnuniyyətlə qarşılıyır. Zərif yazıb: 

"Qonşularımız Azərbaycan və Ermənistanı beynəlxalq hüquq və torpaq bütünlüyünə hörmət əsasında dialoqa çağırırıq."

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Красный крест, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Atəşkəs başladı

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0