BAKI, 10 oktyabr — Sputnik. Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər erməni təcavüzü nəticəsində dəyən zərərlər və həlak olmuş şəxslər haqqında məlumat yayıb.
Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, bu müddət ərzində 31 nəfər dinc sakin həlak olub, 171 nədər xəsarət alıb.
Eyni zamanda 1137 yaşayış evi yarasız vəziyyətə düşüb, 45 çoxmənzilli bina yararsız vəziyyətə salınıb. Bundan başqa 146 mülki obyetk sıradan çıxarılıb.
Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərшт, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.
Read more: https://sputnik.az/karabakh/20201010/425165126/Mudafie-Nazirliyi-Ateskes-rejimi-pozulur-Ermenistan-hucuma-kecmeye-cehd-gstrib.html