QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Mail.ru" istifadəçiləri, diqqət: hisslərinizlə oynayıb hücuma keçirlər

CC BY 2.0 / US Mission Geneva / Girl on computerДевушка за компьютером, фото из архива
Девушка за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir

BAKI, 9 oktyabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən "Mail.ru" elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi "fişinq" kampaniyalarının həyata keçirildiyini qeydə alıb.

Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu "fişinq" hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır. Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır. Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti "Mail.ru" e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir: "Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik".

Xəbər lenti
0