QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistanın etdikləri onun KTMT-də üzvlüyünün dayandırılmasını aktuallaşdırır"

© Sputnik / StringerГерб Армении и флаги стран-участниц Парламентской ассамблеи ОДКБ, фото из архива
Герб Армении и флаги стран-участниц Парламентской ассамблеи ОДКБ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur"

BAKI, 9 oktyabr — Sputnik. "Azərbaycan işğal olunmuş ərazisində əks-hücum əməliyyatı aparır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə əsasən, təşkilatın müdaxiləsi üçün heç bir əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Nizami Səfərov deyib.

O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Nizamnaməsinin 20-ci maddəsində üzv dövlətlərin Əsasnamənin tələblərini yerinə yetirmədiyi halda üzvlükdən xaric edilməsi halları əksini tapıb: "Burada söhbət BMT Nizamnaməsinin əsas tələblərinin pozulması, işğala yol verməkdən gedir. Hazırkı halda Ermənistan beynəlxalq hüquq normalarını pozub, ərazilərimizi işğal edib, Azərbaycan ərazisində hərbi, insanlıq əleyhinə cinayətlər törədib, Xocalı soyqırımı həyata keçirib. Ona görə də bütün bunlar Ermənistanın təşkilatda üzvlüyünün dayandırılmasını aktuallaşdırır".

Xəbər lenti
0