BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti 12 gün ərazində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.
Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bu günlər ərzində 31 nəfər dinc sakin həlak olub, 164 nəfər dinc sakin yaralanıb. Habelə, bu günlər ərzində 1054 yaşayış evi, 142 mülki obyekt, 45 çoxmənzilli bina yarasız vəziyyətə düşüb.