QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı xəsarət aldı

© Sputnik / Ilham MustafayevANAMA əməkdaşlarının Ağstafada əməliyyatı
ANAMA əməkdaşlarının Ağstafada əməliyyatı - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar

BAKI, 9 oktyabr — Sputnik. Bu gün səhər saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə dinc əhalini hədəfə alması nəticəsində Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Füzuli regional idarəsinin əməkdaşı 30 noyabr 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu ağır şəkildə yaralanıb və əməliyyat olunmaq üçün təcili xəstəxanaya çatdırılıb.

Bu barədə Sputnik Azərbaycan-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, yaralıda 3 ədəd qəlpə yarası aşkar edilib və hal-hazırda cərrahiyyə əməliyyatı davam edir. S.Əsədovun vəziyyəti ağır olaraq qalır.

Qeyd olunanlar bir daha sübut edir ki, erməni silahlı qüvvələri mülki əhali və obyektləri atəşə tutmaqla yanaşı, əhalinin təhlükəsizliyini təmin edən humanitar minatəmizləmə ilə məşğul olan Agentliyin işçi heyətini də hədəfə alırlar:

"Qeyd etmək istəyirik ki, hal-hazırda cəbhəboyu mülki ərazilərdə infrastrukturun, mülki obyektlərin və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin işçi heyəti 24 saatlıq fasiləsiz iş rejimi ilə fəaliyyət göstərir.

Həmin ərazilədə yerləşən şəhər, rayon və onlara daxil olan kəndlərdə Agentlikdə təşkil olunan qruplar tərəfindən sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, mina təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində təbliğat fəaliyyəti həyata keçirilir".

Xəbər lenti
0