QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın Azərbaycanda mülki əhalini hədəfə aldığı kasetli bombalar nədir?

© Photo : ANAMAКассетные боеприпасы
Кассетные боеприпасы - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi ekspert: "Onlar diyircəkli formada olan bombalardır, əraziyə dağıldıqda hər biri ayrı-ayrılıqda partlaya bilir."

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Cəbhədə vəziyyət gərginləşəndən Ermənistan silahlı qüvvələrinin ətrafdakı yaşayış məntəqələrini istifadəsi qadağan olunan silahlardan atəşə tutması davam edir. Ermənilərin dinc sakinləri kasetli bombalarla hədəfə alması Azərbaycanda mülkü əhali arasında indiyədək 29 vətəndaşımızın ölümü ilə nəticələnib. 144 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ekspertlər Ermənistan tərəfinin təhlükəli silahlardan mülkü əhaliyə qarşı istifadə etməsinin yolverilməz olduğunu söyləyirlər. Onların sözlərinə görə, kasetli bombalardan istifadə müharibə qanunlarına ziddir.

Sputnik Azərbaycan Ermənistanın Azərbaycanda mülkü əhalini hədəfə aldığı silahlarının insan həyatı üçün təhlükəsini araşdırıb.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bir neçə gündür Ermənistan ordusu Ermənistan ərazisindəki taktik raket komplekslərindən Azərbaycan ərazisindəki yaşayış məntəqələrinə zərbələr endirir. Bu raketlər "Smerç" adlanan reaktiv yaylım atəşi sistemidir.

Взрывы во время учений, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Ombudsman: Ermənistan Azərbaycanı atəşə tutan zaman kasetli bombalardan istifadə edir

"Ümumiyyətlə Ermənistanda üç adda taktik raket kompleksi var. Bunalardan ən tanınmışı "İsgəndər"dir. "İsgəndər" 50 kilometrdən 500 km-dək hədəflər üçün nəzərdə tutulub. "Elbrus" raketi isə NATO standartlarında SCAD adlanır. Bu raket kompleksinin ən uzaq vuracağı hədəf 150 kilometrdir. Ən sonuncusu isə "Toçka-U" raket kompleksidir. "Toçka-U" raket kompleksinin hədəfi məhv etmək imkanı 70 kilometrədəkdir. Adlarını sadaladığım bu raket komplekslərindən ən yenisi "İsgəndərdir". Ermənistanda "İsgəndər- E" kompleksinin mövcud olduğu deyilir".

Ekspertin sözlərinə görə, Ermənistan son vaxtlar istifadə etdiyi taktik raket komplekslərində və reaktiv yaylım atəş sistemlərindən atdığı reaktiv mərmilərdə kasetli bombalardan istifadə edir. Kasetli bombalar həmin mərmilərin döyüş başlığı hissəsinə bağlanır. Onların bu silahlardan istifadə etməkdə məqsədi odur ki, Azərbaycanın yaşayış məntəqələrində mülkü əhali arasında itki çox olsun. Bu tip sursatlar, həmçinin kasetli bombalardan istifadə beynəlxalq konvensiya ilə qadağandır. Dünyanın 110 ölkəsi bu konvensiyanı imzalayıb. Lakin hal-hazırda bu silahdan bizə qarşı istifadə olunur. İndiyədək 16 ölkə bu silahdan istifadə edib.

Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
QARABAĞ
Hikmət Hacıyev: Ermənistandan Azərbaycana 10 mindən artıq mərmi atılıb

Hərbi ekspert bildirir ki, kasetli bombaların çoxlu sayda növləri var:

"Onların aviasiyadan atılanları da var, reaktiv mərmilərindən atılanı da. Hətta taktik və artilleriya toplarının mərmilərindən atılanları da var. Bundan qumbaralarda da istifadə olunur. Son illər buna çox da rast gəlinmir. Bu gün daha çox uzaq məsafədə olan hədəflərin məhv edilməsi üçün reaktiv mərmilərdən, artilleriya toplarından və raket mərmilərində istifadə olunur. Onlar diyircəkli formada olan bombalardır. Əraziyə dağıldıqda hər biri ayrı-ayrılıqda partlaya bilir. Bu tipli silahlar canlı qüvvənin məhv edilməsi üçün irimiqyaslı döyüşlərdə nəzərdə tutulur. Bəzi ölkələrdə mülkü əhaliyə qarşı da istifadə edilir. Ermənistan da bu silahlardan dinc əhaliyə qarşı istifadə etməklə, adını həmin ölkələrin siyahısına əlavə etmiş oldu".

R.Məmmədli deyir ki, kasetli bombalardan istifadə edən Ermənistan beynəlxalq konvensiyaları ayağı altına salır: "Ermənistan kasetli silahlardan istifadəyə dair, həmçinin müharibələr zamanı mülkü insanlara zərər yetirilməsinə qarşı beynəlxalq humanitar konvensiyaları pozur. Döyüş gedən bölgədən 150-2000 km uzada yerləşən mülkü obyektə raket zərbəsinin endirilməsi həm beynəlxalq konvensiyaların pozulması, həm də cinayət əməlidir. Qəbul olunan müəyyən konvensiyalarda bunu edənlərə qarşı konkret cəza olmasa da, digər humanitar konvensiyalarda bu halların pozulması hərbi cinayət sayılır. Məsələn, Yuqoslaviyada Miloşeviçin vaxtında bu, cinayət kimi qeydə alınmışdı. Miloşeviç devrildikdən sonra hərbi cinayəti törədənlər məhkəməyə verildi, onlara cəzalar kəsildi".

R.Məmmədli deyir ki, bu kimi silahlardan istifadə böyük insan tələfatı ilə nəticələnə bilər: "Kasetli bombalardan istifadə zamanı insan itkisinin sayı döyüş başlığına görə dəyişə bilər. Mərmi var ki, onun döyüş başlığı 500 kiloqramdır. Bu bombaların dağıdıcılıq qüvvəsi düşəcəyi əraziyə görə dəyişir. Mülkü obyektlərə düşdükdə 1 hektara qədər ərazini tamamilə dağıdır".

Кассетные боеприпасы - Sputnik Azərbaycan
QARABAĞ
Goranboyda "Smerç"dən atılmış kaset raketin hissələri aşkar olunub

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Ermənistan beynəlxalq müstəvidə qəbul edilən heç bir humanitar konvensiyaya əməl etmir:

"Ermənistan kasetli bombalardan istifadə ilə bağlı konvensiyalara qoşulmayıb. Biz isə o konvensiyaya imza atmışıq. Ona görə də, bu gün Ermənistana adekvat cavab verə bilmirik".

Lakin N.Cəfəroğlu bunun Ermənistana qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı istifadəyə əsas vermədiyini bildirir: "Ermənistan heç qoşulduğu konvensiyalara da məhəl qoymur. Onlar bu saat ölüm ayağındadırlar, bilmirlər neyləsinlər. Ona görə də, Azərbaycan bu məsələləri beynəlxalq təşkilatlara bildirməlidir. Fransaya getmək, beynəlxalq aləmə car çəkmək lazımdır ki, onların müdafiə etdikləri Ermənistan dinc əhalini ölüm silahları ilə təhdid edir, həyatına son qoyur. Bu faktları Rusiyaya da, Avropaya da göstərmək lazımdır".

Hüquq müdafiəçisi hesab edir ki, bu, ölüm-qalım savaşı olduğundan, ölkəmizdə hamı bir nöqtəyə vurmalıdır. Ermənistanın qadağan olunmuş silahlardan dinc əhaliyə qarşı istifadəsinə son qoyulmalıdır: "Onlar beynəlxalq miqyasda hərbi tribunala verilməlidir. Cəbhədən kənarda yaşayan insanlar təşviş içərisindədirlər. Onlar evlərində hər an ölümlə üz-üzədirlər. Biz bunu Gəncədə dinc insanların evlərində vurulması zamanı gördük. BMT, beynəlxalq təşkilatlar buna göz yummamalıdırlar".

Xəbər lenti
0