BAKI, 9 oktyabr — Sputnik. Bu ilin 8 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.