QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir

© Sputnik / Ilham AhmadovQəbələdə anım mərasimi
Qəbələdə anım mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Mustafa Dündar: "Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək".

BAKI, 8 oktyabr - Sputnik. Bursa şəhərinin Osmanqazi rayonunda yeni salınacaq böyük parka şəhid general Polad Həşimovun adı veriləcək.

Sputnik Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar Tovuz döyüşlərində şəhid olmuş general Polad Həşimovun adının əbədiləşdirilməsi üçün bu addımı atacaqlarını deyib.

Bələdiyyə sədri qeyd edib ki, Ermənistanın 30 illik işğalı tezliklə bitəcək:

"Bu hücumlara Azərbaycan Ordusu öz güclü cavabını verir və bu haqlı savaşda ciddi nəticələr əldə edilib. Azərbaycan torpaqlarının bu işğaldan tamamilə xilas olması üçün dua edirik. Azərbaycana Türkiyə başda olmaqla bir çox ölkədən mənəvi dəstək var. Biz də rayonumuzda bir çox tikililərə Azərbaycan bayrağını asaraq öz dəstəyimizi göstəririk. Bu dəstəklərdən biri də yeni salınacaq böyük parka general Polad Həşimovun adını verməkdir. Artıq bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik”.

Qeyd edək ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov 2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 

Xəbər lenti
0