BAKI, 8 oktyabr — Sputnik. "Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, ordumuz düşmənə adekvat cavab verir.
"Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir".