BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanı 2014-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova sosial şəbəkələrdə ermənilərin virtual hücumuna məruz qalıb.
Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb gənc ifaçının Azərbaycanın Ermənistan ordusu tərəfindən hücuma məruz qalması və Dağlıq Qarabağ həqiqətləri barədə videoçıxışını "Instagram" hesabında paylaşması olub.
Sənətçinin ingilis dilində sözügedən çıxışı qısa müddət ərzində "Instagram" və "Facebook" səhifələrində paylaşılıb, hekayələrdə "repost" edilib.
Ermənilər müğənninin mesaj qutusuna, paylaşdığı postun şərh bölməsinə qeyri-etik rəylər yazıblar. Eyni zamanda ifaçının rəsmi hesabı şikayətlərə məruz qalıb. O, hesabının bloklanmaması üçün çıxışının daha çox paylaşılmasını xahiş edib.