BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin mülki insanlari atəşə tutan Ermənistanın "Qrad" yaylım atəşli reaktiv sistemi dəqiq zərbə ilə məhv edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 8, 2020
" Xeyli sayda günahsız insanın həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb", - deyə Hikmət Hacıyev qeyd edib.