QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanın müavini Rusiya səfiri ilə görüşdü, Qarabağdan isə…

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidВид на Ереван
Вид на Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasının oktyabrın 9-da Ermənistan paytaxtı Yerevanda keçirilməsi gözlənilir.

BAKI, 7 oktyabr — Sputnik. Ermənistanın Baş Naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Görüş zamanı tərəflər Yerevanda baş tutacaq hər iki ölkənin hökumətlərarası komissiyasının iclasının gündəliyində olan aktual məsələləri müzakirə ediblər.

Bundan əlavə, onlar Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunub.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasının oktyabrın 9-da Ermənistan paytaxtı Yerevanda keçirilməsi gözlənilir.

 

Xəbər lenti
0