BAKI, 7 oktyabr — Sputnik. "Əldə olunan məlumata əsasən, düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.
"Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir-birinə atəş açılıb, ölən və yaralanalar var", - nazirliyin məlumatında vurğulanıb.