QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Böyük riskdir! Yanımızda müharibə gedir – Gürcüstanın Baş naziri sərt danışdı

© © Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidГеоргий Гахария, фото из архива
Георгий Гахария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan regionumuzda olan istənilən münaqişənin yalnız danışıqlar yolu ilə həllində birbaşa maraqlıdır və biz bunun üçün mümkün olan hər şeyi edirik

BAKI, 7 oktyabr — Sputnik. Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı böyük risklər var. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib.

"Qonşuluğumuzda əsl müharibə gedir, bu, Gürcüstan üçün böyük riskdir. Şübhəsiz, biz sülhün bərqərar olmasına öz töhfəmizi vermək üçün gücümüzdə olan hər şeyi etməyə hazırıq", - Qaxariya qeyd edib.

O vurğulayıb ki, Gürcüstan ərazisində etnik ermənilər və azərbaycanlılar yaşayırlar.

"Gürcüstan regionumuzda olan istənilən münaqişənin yalnız danışıqlar yolu ilə həllində birbaşa maraqlıdır və biz bunun üçün mümkün olan hər şeyi edirik", - deyə Gürcüstan hökumətinin rəhbəri bildirib.

 

Xəbər lenti
0