QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Aİ rəsmisi Bakının Qarabağla bağlı şərtlərini dəyərləndirib

© Photo : AR Ministry of Defense Азербайджанский военнослужащий на боевой позиции, фото из архива
Азербайджанский военнослужащий на боевой позиции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"O mənə dedi ki, döyüşlər Ermənistan Qarabağdan çıxmasına dair konkret qrafiklə razılaşmayana qədər davam edəcək"

BAKI, 7 oktyabr — Sputnik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Ermənistanla danışıqların bərpası üçün Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirmək çətindir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell avropalı deputatların önündə çıxışı zamanı bildirib.

"Mən, həmçinin Azərbaycan XİN rəhbəri ilə söhbətim zamanı deyilənlərdən narahatam. O mənə dedi ki, döyüşlər Ermənistan Qarabağdan çıxmasına dair konkret qrafiklə razılaşmayana qədər davam edəcək. Danışıqların bərpası üçün bu şərti yerinə yetirmək olduqca çətindir, hər gün isə vəziyyət daha da pisləşir", - deyə Borell qeyd edib.

O həmçinin əlavə edib ki, "Türkiyənin Bakını tam dəstəkləməsi faktından son dərəcə narahatdır".

 

Xəbər lenti
0