Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 7 oktyabr — Sputnik. Xalq artisti Emin Ağalarov cəbhə bölgəsində baş verən hadisələrlə bağlı yalan məlumat yayanlara səslənib.
Sputnik Azərbaycan xəbər verir ki, Emin Ağalarov bu barədə özünün "Instagram" səhifəsində video paylaşaraq bu sözləri qeyd edib:
"Bu günlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mediada və sosial şəbəkələrdə bir çox fərqli məlumatlar və fərziyyələr ortaya çıxır. Bu videoda münaqişənin həqiqətlərini və tarixini, bu gün nə olacağı barədə məlumatları sizinlə bölüşmək istədim".
Посмотреть эту публикацию в Instagram
Xatırladaq ki, bir müddət öncə Xalq artisti Emin Ağalarov Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat ianə edib. Emin sahib olduğu "Sea Breeze Resort"un öz tərəfdaşları və dostları ilə birlikdə yardım etdiyini və "Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır! Dəstəyə görə çox sağ olun" demişdi. Bundan başqa, o, Rusiyanın aparıcı telekanallarında Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb.