QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Pompeonun köməkçisinin dialoq təklifinə Bayramovdan BMT qətnamələri cavabı

© AR Ministry of Foreign Affairs Джейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirib

BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov və ABŞ Dövlət Katibinin müavini Stiven Biqan arasında telefon danışığı olub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ceyhun Bayramov S.Biqana bölgədəki son gərginlik barədə məlumat verib. ABŞ dövlət katibinin müavininin diqqətinə çatdırılıb ki, Ermənistan beynəlxalq humanitar hüququ açıq şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və mülki obyektlərini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri olan Mingəçeviri, habelə təmas xəttindən çox uzaqda yerləşən Xızı və Abşeron rayonlarını qəsdən raket atəşinə tutur.

Nazir Ceyhun Bayramov Ermənistanın yaşayış məskənlərini atəşə tutması nəticəsində ciddi itkilər olduğunu bildirib. Nazir qeyd edib ki, Ermənistanın bu hərbi təxribatı vəziyyətin qəsdən pisləşməsinə yönəlib və Ermənistanın hərbi əməliyyatlar zonasını böyütmək niyyətini nümayiş etdirir.

Dövlət katibinin müavini Stiven Biqan bölgədəki gərginliyin artması və hərbi əməliyyatların genişlənməsindən ciddi narahatlığını dilə gətirib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin səyləri ilə dialoqun vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirməlidir.

Xəbər lenti
0