QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət edib

© pixabay / Marco Di AgostinoСкрипачка
Скрипачка - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərib

BAKI, 6 oktyabr — Sputnik. Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətin mətnində deyilir: "30 ildən artıqdır, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi davam edir. Erməni faşizminin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar dağıdılıb, 1 milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşüb. Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 muzey, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri məhv edilib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirir.

Последствия обстрелов в азербайджанском селе Учоглан близ Карабаха - Sputnik Azərbaycan
Ermənistanın Gəncəni atəşə tutması nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib

Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin - dahi Üzeyir Hacıbəylinin, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və başqalarının doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 30 ildir düşmən tapdağı altındadır.

Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün haqq mübarizəsinə qalxıb. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaradıblar. Qocaman bəstəkarlardan tutmuş ən gənc bəstəkarlaradək Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri, o cümlədən, tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Elza Seyidcahan, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və b. vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazıblar və bu gün da yazmaqdadırlar. Bu əsərlər televiziya və radio kanallarında səsləndirilir, kliplər nümayiş etdirilir.

Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı "Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" ifadələr bütün dünyaya bəyan edilməlidir.

Biz Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə, bütün dünya musiqiçilərinə müraciət edərək Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!".

Xəbər lenti
0