BAKI, 5 oktyabr — Sputnik. "Erməni silahlı qüvvələri Gəncənin mərkəzi mağazasını bombalayıb. Marketin hansısa bir hərbi önəmi ola bilərmi"? Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter-dəki hesabında məlumat paylaşıb.
O bildirib ki, bu cür raket zərbələri mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilir: "Azərbaycanın mülki əhalisinə qarşı terrorizm davam etməkdədir".
Armenian armed forces shelled central market of Ganja. How market could have any military importance? This indiscriminate missile attack was done with sole purpose of causing mass casualties among civilians. State terrorism of Arm agnst civilian Azerbaijanis continue pic.twitter.com/Is8sNkHOnY
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 5, 2020
Qeyd edək ki, bu gün səhərdən Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququnun normalarını kobudcasına pozaraq, döyüş bölgəsindən tam kənarda yerləşən ikinci böyük şəhərimizi oktyabrın 4-də də atəşə tutub. Raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, daha 32 nəfər yaralanıb. Şəhərə, mülki obyektlərə və tarixi binalara böyük ziyan dəyib.