QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

AZAL: Ermənistanın raketlərlə atəş açması beynəlxalq uçuşlar üçün təhlükədir

© Photo : AZALПассажирский самолет AZAL
Пассажирский самолет AZAL - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməyə çağırırıq" - AZAL

BAKI, 5 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə Cenevrə Konvensiyasının müddəlarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

"Azərbaycan Hava Yolları" QSC-nin məlumatında əlavə olaraq qeyd olunur: "Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməyə çağırırıq".

Xəbər lenti
0