BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı infoqrafika yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 27-dən bu günə qədər 24 nəfər mülki şəxs həlak olub, 121 nəfər xəsarət alıb. 56 mülki obyekt, 306 yaşayış evi yararsız vəziyyətə düşüb.