QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

XİN Qarabağda yaşayan ermənilərə çağırış etdi

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Erməni vətəndaşlara demək istəyirəm ki, Azərbaycanda yaşayan digər etnik şəxslərə necə münasibət göstərilibsə, onlara da elə münasibət göstəriləcək. Bu, həmişə belə olub"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr - Sputnik. "Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan erməni mənşəli şəxslər Azərbaycan vətəndaşlarıdır. Sadəcə fakt odur ki, Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Ermənistanın - işğalçı dövlətin nəzarəti altındadır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir: "Bir çox etnik nümayəndələr Azərbaycanın tərkibində sülh, təhlükəsizlik şəraitində yaşayırlar. Bu, tarixən də belə olub. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında olmasına baxmayaraq, günü bu gün də ölkəmizdə minlərlə erməni sülh şəraitində yaşayır. Bir daha işğal altında olan ərazilərdə yaşayan erməni vətəndaşlara demək istəyirəm ki, Azərbaycanda yaşayan digər etnik şəxslərə necə münasibət göstərilibsə, onlara da elə münasibət göstəriləcək. Bu, həmişə belə olub. Belə də davam edəcək".

Xəbər lenti
0