BAKI, 5 oktyabr - Sputnik. Rusiya, Fransa və ABŞ Xarici işlər nazirliklərinin başçıları Qarabağda zorakılığın misilsiz eskalasiyasını ciddi şəkildə qınayıblar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə onların yaydığı birgə bəyanatda deyilir.
"Biz Qarabağda münaqişə tərəflərini dərhal və qeyd-şərtsiz atəşkəsin bərqərar olunmasına çağırırıq. Qarabağda və ətrafındakı mülki obyektlərə hücumlar bölgədəki sabitliyə qəbuledilməz təhlükədir", - Lavrov, Le Drian və Pompeonun bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, Rusiya, Fransa və ABŞ Qarabağ üzrə dünya ictimaiyyəti və ATƏT-in verdiyi mandatı tam şəkildə yerinə yetirməyə kökləniblər.