BAKI, 5 oktyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə növbəti dəfə zəng vurub.
Sputnik Azərbaycan bildirir ki, Kremlin məlumatına görə, onlar Qarabağda daha geniş miqyas alan və insan ölümlərinə səbəb olan gərginliyi müzakirə ediblər.
Putin Paşinyanla söhbətində hərbi əməliyyatların təcili dayandırılmasını vurğulayıb.