BAKI, 5 oktyabr - Sputnik. Azərbaycan Ordusu daha bir neçə kəndimizi düşmən işğalından azad edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşıb.
"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!", - deyə paylaşımda bildirilib.
Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 5, 2020