QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kukla Teatrı ordumuza pulla yardım etdi

Abunə olmaq
Hər bir azərbaycanlının​ işğal altında olan ərazilərimizin azadlığı uğrunda birlik və həmrəylik nümayiş etdirdiyi hazırkı zamanda bir daha dövlət başçısı və şanlı ordumuzun yanında olduğumuzu bəyan edirik

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Milli Ordusunun başlatmış olduğu zəfər yürüşü hər bir azərbaycanlı kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivini də qürurlandırır, onlarda xalqımızın​ şanlı zəfərinə böyük əminlik yaradır.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, daim Silahlı Qüvvələrin Ali Baş Komandanının, Azərbaycan Silahlı Qüvvələrinin və onun qəhrəman döyüşçülərinin​ yanında olduğunu bəyan edən kollektiv növbəti addımı ilə də xalqımızın bu haqq mübarizəsinə az da olsa dəstək olmağa çalışıb.

"Düşmən təxribatının qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını layiqincə həyata keçirən ordumuz qürur yerimizdir" fikrini şüar edən teatr kollektivi həmrəylik göstərərək​ Silahlı Qüvvələrə hər bir azərbaycanlının​ işğal altında olan ərazilərimizin azadlığı uğrunda birlik və həmrəylik nümayiş etdirdiyi, cəmiyyət dəstəyinin zəruri olduğu hazırkı zamanda bir daha dövlət başçısı və şanlı ordumuzun yanında olduğumuzu və Vətən müharibəsində şanlı qələbəmizə inandığımızı bəyan edirik.

Dövlət başçımızın da dediyi kimi "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Xəbər lenti
0