QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Pakistan səfiri Ermənistanın Gəncəni atəşə tutmasını pislədi

© AP Photo / Dar YasinPakistan bayrağı
Pakistan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee: "Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir".

BAKI, 4 oktyabr — Sputnik. Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutmasını pisləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, səfir bu barədə özünün Twitter hesabında yazıb:

"Dualarımız Gəncə əhalisi ilədir. Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir".

Qeyd edək ki, işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.

Atəş nəticəsində Gəncənin dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.

Xəbər lenti
0