BAKI, 3 oktyabr — Sputnik. İran Parlamentinin sədri Muhammed Bakır Qalibafın beynəlxalq əlaqələr üzrə xüsusi köməkçisi Hüseyn Əmir Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrində Azərbaycanın Dağlıq Qarabağ üzərində hakim hüquqlara malik olduğunun vurğulandığını deyib.
Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən bildirir ki, Abdullahiyan "Twitter" hesabında paylaşdığı mesajda Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bu şəkildə qeyd edib: "BMT qətnamələrində Azərbaycanın Qarabağ üzərində hakim hüquqlara malik olduğu vurğulanır. Ərazi toxunulmazlığına hörmət, müharibənin təcili şəkildə dayandırılması və siyasi danışıqlar münaqişənin əsas həll yollarıdır", – deyə o vurğulayıb.