QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gürcüstan prezidenti Əliyev və Paşinyana müraciət etdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Biz istənilən danışıqlar üçün Tbilisini meydança etməyə hazırıq. Biz tərəflər üçün məqbul istənilən formata hazırıq.

BAKI, 3 oktyabr — Sputnik. Rəsmi Tbilisi Ermənistan və Azərbaycan dialoqunun bərpası məqsədilə istənilən danışıqlar üçün meydança olmağa hazırdır. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Prezidenti Salome Zurabişvili Təhlükəsizlik Şurasının iclasından sonra bildirib.

Gürcüstan Prezidenti Ermənistan və Azərbaycana gərginliyi azaltmaq, atəşkəsin dayandırılması və dialoqun bərpası çağırışı da edib. O qeyd edib ki, bunda hər üç ölkənin marağı var.

O, regiona sabitliyin, sülhün geri qayıtmasının vacibliyini qeyd edib.

Zurabişvili ATƏT-in Minsk qrupunun həmsədrlərinə də müraciət edib və onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xüsusi rolunu vurğulayıb: "Biz istənilən danışıqlar üçün Tbilisini meydança etməyə hazırıq. Biz tərəflər üçün məqbul istənilən formata hazırıq".

Xəbər lenti
0